Ərdoğan: “Nə Rusiya, nə də ABŞ terrorçuları Suriyadan çıxara bilib”

  • By admin
  • 12 Noyabr 2019 15:54

Terror təşkilatları Suriyanın şimalından çəkilməyib, terrorçular hələ də bölgədədir.

Gununsesi.org APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərindən öncə hava limanında keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, müəyyən edilmiş müddət ərzində nə Rusiya, nə də ABŞ terror təşkilatlarını Suriyanın şimalından çıxara bilib: “Bunu ABŞ Prezidenti Donald Trampla müzakirə edəcəyik. ABŞ-dan qayıtdıqdan sonra isə Rusiya Prezidenti Vladimir Putinlə bu barədə danışığımız olacaq”.

Türkiyə Prezidenti Avropa İttifaqına (Aİ) da müraciət edib. O qeyd edib ki, Aİ Türkiyəyə verdiyi sözü tutmayıb: “Danışıqlar hər an başa çata bilər. Əvvəl də dedim, indi də deyirəm. Qapıları aça bilərik”.

 

Gununsesi.org