Ərdoğan nazirləri topladı

  • By admin
  • 09 Oktyabr 2019 21:26

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada “Sülh Pınarı Hərəkatı”nın koordinasiya toplantısını keçirib.

Gununsesi.org “Hürriyet”ə istinadən xəbər verir ki, toplantıda nazirlər və generallar iştirak edib.

Qeyd edək ki, ABŞ-la “Güvənli bölgə” anlaşmasından sonra Türkiyə bu gün Suriyanın şimalında “Sülh Pınarı Hərəkat”ına başlayıb. Ərdoğanın təlimatı ilə başladılan hərəkatda hədəf PKK/YPG və İŞİD terrorçularıdır. Artıq bir neçə hədəf vurulub. Türk ordusu sərhədin 30 kilometr məsafəsinədək irəliləyib.

 

 

Gununsesi.org