Ərdoğan Trampın S-400-lərlə bağlı təklifinə cavab verdi

  • By admin
  • 14 Noyabr 2019 19:13

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın S-400 zenit-raket kompleksindən tamamilə imtina etmək təklifinə cavab verib.

Gununsesi.org Türkiyə mediasına istinadən xəbər verir ki, türkiyəli lider belə bir fikirdə olmadıqlarını deyib:

“Müvafiq şərtlərlə Patriotları da ala bilərik. Ancaq S-400-lərdən tamamilə vaz keçmək kimi fikrimiz yoxdur.

Yunanıstanda da S-300 var, ancaq eyni təklifi rəsmi Afinaya etməyiblər”.

 

Gununsesi.org