Ərdoğan UEFA-nın Türkiyəyə açdığı intizam işindən danışdı - "CİDDİ NƏSƏ OLACAĞINI TƏXMİN ETMİRƏM"

  • By admin
  • 16 Oktyabr 2019 20:05

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA-nın ölkənin milli komandasının əsgər salamına görə UEFA-nın intizam işi açmasına münasibət bildirib. 

Gununsesi.org NTV-yə istinadən xəbət verir, o, qurumun addımını doğru hesab etməyib:

“Belə bir şey həyatda olmayıb. Ciddi nəsə olacağını təxmin etmirəm. Buna görə yalnız qınaya bilərlər. Bu nöqtəyə kimi gələn komandaya başqa bir mənfi yanaşma olmayacaq”.

Qeyd edək ki, Türkiyə millisinin üzvləri Albaniya və Fransa ilə oyunlardakı qolları əsgər salamı ilə qeyd edib. Futbolçular Türkiyə ordusunun Suriyada keçirdiyi “Pınar hərəkatı”na dəstək olduqları üçün əsgər salamı verib.

 

 

Gununsesi.org