Ərdoğan zəlzələdə ölən və yaralananlar haqda danışıb

  • By admin
  • 26 Yanvar 2020 16:08

Zəlzələ nəticəsində indiyə qədər 31 vətəndaşımız həlak olub, 1607 nəfər də yaralanıb. 45 nəfər isə xilas edilib.

Gununsesi.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk hava limanında keçirdiyi mətbuat konfransında deyib.

“Yaralıların müalicəsi, evləri dağılan vətəndaşlarımız üçün bütün tədbirlər görülüb. Vətəndaşlarımızın zərər görməmələri üçün dövlət əlindən gələn hər şeyi edir. Fövqəladə Halların İdarə Olunması Agentliyinə, Qızıl Ay, Silahlı Qüvvələr və digər dövlət idarələrimizə təşəkkür edirəm”, – Ərdoğan bildirib.

 

Gununsesi.org