Ərdoğanın Administrasiyasından ABŞ-a etiraz - TERROR TƏŞKİLATLARININ MARAQLARINI QORUMAQ ÜÇÜN...

  • By admin
  • 30 Oktyabr 2019 15:28

 

Türkiyə Prezident Administrasiyası ötən gün Türkiyə əleyhinə iki qətnamə qəbul edən ABŞ Nümayəndələr Palatasının mövqeyini pisləyib.

Gununsesi.org-un  xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun Twitter-də yazıb.

O, bildirib ki, ABŞ Nümayəndələr Palatasının Türkiyəyə qarşı sanksiyalar nəzərdə tutan qətnaməsi Ankara və Vaşinqton arasında əməkdaşlıq ruhuna ziddir: “Bu qətnamə tərəflərin qarşılıqlı ticarət dövriyyəsini 100 milyard dollara çatdırmağa hazır olması barədə bəyanatlar fonunda ABŞ-ın siyasətinə ziddir.

“Terror təşkilatının (RKK-YPG Suriya qanadı)  maraqlarını qorumaq üçün NATO üzrə müttəfiqinə qarşı sanksiya tətbiq etmək cəhdi görmə qabiliyyətinin olmaması və bölgənin reallıqlarından təcrid olunmanın göstəricisidir.

Qərəzli qərarlar Türkiyənin cinayətkar təşkilatlarla mübarizədəki əzmini sarsıda bilməz, ancaq ikitərəfli münasibətlərin gələcəyini təhlükə altına alar.

O qeyd edib ki, Türkiyə hakimiyyəti bütün beynəlxalq platformalarda milli təhlükəsizliyə təhdidlər barədə haqlı narahatlığı səsləndirməkdə davam edəcək, habelə bölgədə təhlükəsizlik naminə terrorizmin bütün formalarına  qarşı mübarizə aparacaq.

Türkiyə liderinin administrasiyasının nümayəndəsi ABŞ Nümayəndələr Palatasının Osmanlı dövlətində 1915-ci il hadisələr ilə bağlı qətnamə layihəsini dəstəkləmək qərarından narahatlığını bildirib.

“Bu sənəd Türkiyə ilə ABŞ münasibətlərinə əhəmiyyət verən hər kəsin narahatlığına səbəb olub. Qətnamənin lehinə səs verənlər mürəkkəb bölgədə Ankara və Vaşinqton arasında strateji münasibətlərin pozulmasına görə məsuliyyət daşıyacaqlar”, – F.Altun deyib.

“Erməni qardaşları öz tarixlərini siyasi məqsədlərə çatmaq üçün  alətə çevirməməyə çağırırıq. Bu bu bölgədə yüz illərlə birlikdə yaşamışıq. Tarix bizə öyrətdi ki, xarici qüvvələrin müdaxiləsi bölgəyə zərər verib və münasibətlərimizə çox əziyyətlər gətirib”.

 

Gununsesi.org