Ərdoğanın kürəkəni Azərbaycana gəlir

  • By admin
  • 14 Fevral 2018 15:26
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak Azərbaycana gəlir.
Bu barədə Gununsesi.info-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak bu gün gecə Bakıya gələcək. Onun rəsmi səfərləri sabah olacaq və bir sıra rəsmilərlə görüşü nəzərdə tutulub.
Səfirlikdən bildirilib ki, türkiyəli nazirin Azərbaycan prezidenti İlham Əliyev və azərbaycanlı həmkarı Ramin Şahbazovla görüşü olacaq.
Bundan başqa əlavə görüşlərin də olacağı istisna deyil. Keçirilən görüşlərdə  Azərbaycanla Türkiyə arasındakı mövcud əlaqələrin daha da  dərinləşdirilməsi, birgə həyata keçirilən enerji, iqtisadi, nəqliyyat layihələri, xüsusən də TANAP və TAP-ın reallaşamsı istiqamətindəki məsələlər, regionda baş verən proseslər, Türkiyənin  Afrindəki “Zeytun budağı” hərəkatı,  Qarabağ ətrafında yaranmış durum, Azərbaycandakı növbədənkənar prezident seçkiləri və s məsələlər müzakirə olunacaq.
Türkiyəli nazirin sabah axşam geri dönəcəyi gözlənilir.
Mürtəza
Gununsesi.info