Ərdoğanla Tramp Suriyadakı hərəkatdan sonra ilk dəfə görüşdülər

  • By admin
  • 13 Noyabr 2019 21:44

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da rəsmi səfərdədir.

Gununsesi.org Türkiyə mətbuatına isitnadən xəbər verir ki, Ərdoğan Suriyanın şimal-şərqindəki “Sülh çeşməsi hərəkatı”ndan sonra ilk dəfə amerikalı həmkarı Donald Trampla görüşüb. Ağ Evdə rəsmi qarşılanma mərasimindən sonra liderlər təkbətək görüşəcəklər. Ərdoğanla Tramp daha sonra ortaq mətbuat konfransı keçirəcək.

Türkiyə prezidenti Merilənd əyalətində yerləşən Amerika Dəyanət Mərkəzinə gedərək Dil, Tarix və Mədəniyyət Təlimi proqramında türk vətəndaşlara, türk mənşəli amerikalılara və müsəlmanlara müraciət edəcək.




 

Gununsesi.org