Əsəd Fransanı işğalda ittiham etdi

  • By admin
  • 28 Noyabr 2019 12:33

Suriya prezidenti Bəşər Əsəd  qanuni hökumətin razılığı olmadan Fransa qoşunlarının Suriya ərazisində mövcudluğunun işğal olduğunu bildirib.

Gununsesi.org xəbər verir ki, prezident vurğulayıb ki, nə qədər ki işğal davam edir, bu, terrorizmin formalarından biri sayılır.

Əsəd bildirib ki, dünya ölkələri beynəlxalq qanunvericiliyi rəhbər tutmalıdırlar, nəninki öz “niyyətlərini”.

“Terrrozimlə mübarizə aparmaq istəyi əsas deyil, beynəlxalq hüquq nəzərə alınmalıdır”.

Suriya prezidenti  qeyd edib ki, son illər Fransanın Suriyayla bağlı mövqeyi formaca dəyişib, mahiyyət isə eynidir.

O qeyd edib ki, Fransa Suriyada qan tökülməsinə, qətllərə səbəb ola biləcək hər şeyi dəstəkləməyi dayandırmalıdır.

Gununsesi.org