Əsrlərin məhəbbət dastanı: Əsli və Kərəmin məzarı haradadır? - FOTO

  • By admin
  • 25 May 2019 21:30

Azərbaycanın qədim məhəbbət dastanının qəhrəmanları olan xristian qızı Əsli və Gəncə xanzadəsi Kərəmin məzarı haradadır?

Gununsesi-nin bölgə müxbiri onların sorağı ilə Göygöl rayonunun 25 il bundan əvvələdək “Qara keşiş yurdu” adlandırılan Kərəmli kəndinə gedib.

Bildirək ki, nakam məhəbbətin tərənnümü olan “Əsli və Kərəm” dastanı xaçpərəst qızın eşqilə od tutub yanan Gəncə xanzadəsinin əhvalatıdır.

 Qədim dövrdə Gəncənin hökmranı olmuş Ziyad xanın sevimli oğlu Kərəm və məkrli Qara Keşişin füsunkar qızı Əsli bir-birini sevir və bu yolda hər çətinliyə dözürlər. Lakin Qara Keşişin cadugərlik əməlləri nəticəsində sevgililər qovuşa bilmirlər.

Qəbirlərin axtarışında kəndin ziyalısı, tarix müəllimi Mətləb Hüseynov əməkdaşımıza bələdçilik edib. Kəndin kənarındakı təpədəki iki naxışlı qəbirdən birinin Əsliyə, digərinin isə Kərəmə məxsus olduğu bildirilib.