1 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı

  • By admin
  • 17 İyul 2019 18:45

Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

Nəsimi Rayon Polis İdarəsindən Gununsesi.org-a verilən məlumata görə, bir yaşlı uşaq üçüncü mərtəbədən yıxılıb.

Hadisə ötən gün Şəmsi Bədəlbəyli küçəsi, ev 106 ünvanında olub.

 Belə ki, 2018-ci il doğumlu Cavadlı Cavidan Cavanşir oğlu anasının ehtiyatsız davranması səbəbindən əlindən yerə düşüb.

Kəllə-beyin travması alan körpə ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilib.