11 yaşlı qızı maşın vurub - VƏZİYYƏTİ AĞIRDIR

  • By admin
  • 05 Dekabr 2017 22:08

Yevlax rayonunda 11 yaşlı yeniyetməni avtomobil vurub.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Xaldan qəsəbəsinin ərazisində qeydə alınıb.
Belə ki, “KamAZ” markalı yük maşını yol kənarında dilənən 2006-cı il təvəllüdlü Yevlax rayon sakini Zilan Şahlar qızı Rəsulovanı vuraraq ağır xəsarət yetirib. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, Z.Rəsulova Yevlax rayonunun Qaraçılar məhəlləsinin sakinidir.
Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info