14 tibb bacısı eyni vaxtda hamilə qaldı

  • By admin
  • 22 May 2019 15:30

ABŞ-ın Massaçusets ştatının Boston şəhərində xəstəxananın onkoloji şöbəsində 14 tibb bacısı eyni vaxtda hamilə qalıb.

Gununsesi.org xəbər verir ki, bu barədə “Massachusetts General Hospital”ın nümayəndələri rəsmi “Twitter” səhifəsində məlumat veriblər.

Mayın 21-də yerləşdirilən fotoda 14 qadın var.

“Analar! Onkoloji şöbənin ailəsi genişlənir. Eyni vaxtda 14 hamilə tibb bacısı, onlardan birinin əkizləri olacaq. Bu işçilər sizə gülüş üçün 15 səbəb verir”, – xəstəxananın işçiləri yazıblar.