15 dəqiqəsi 4 dollar – “Təmiz hava” satılır – FOTO

  • By admin
  • 02 Dekabr 2019 16:18
Hindistan dünya əhalisinin ən çox olduğu ölkələrdən birirdir. BU səbəbdən burada havanın çirkliliyi də olduqca yüksəkdir.
Gununsesi.org BakuPost-a istinadla  xəbər verir ki, Çin, Yaponiya, Hindistan kimi əhalisi çox olan ölkələrdə insanlar həm də sənaye istehsalı mnüəssisələrinin çox olması səbəbindən kirli hava ilə mübarizə aparmaq məcburiyyətində qalırlar. Xüsusilə Çin və Hindistan son illər kirli havasına görə rekord həddədir.
Mütəxəssislər bildirir ki, Hindistanın paytaxtı Dehlidə kirli hava səviyyəsi ölümcül hala çatıb. Bu şəhərdə hətta çirkli hava səbəbindən məktəblərdə tətil elan edilib, vətəndaşlar bayıra çıxmaması üçün xəbərdarlıq edilib.
Son ölçülmələrə əsasən bu şəhərin hava indeksi 527 xalla qiymətləndirilib. BU isaə dünyada qeydə alınan ən rekord hədd hesab olunur. Havadan ağciyərlərə hopan zərərli hissəciklərin nisbəti (PM2.5) hər metr üçün 533 mikrogram müəyyən edilib.
Bu vəziyyət yeni çarələrin düşünülməsinə gətirib çıxarıb. Belə ki, bir şirkət vətəndaşlar üçün təmiz hava satmağa başlayıb.
Kimyəvi borularda istehsal olunan və saxlanan və fərqli aromalara sahib olan bu təmiz hava bədənə və zehinə müsbət təsir göstərir. Bu havadan istifadə etməyin 15 dəqiqəsi 4 dollara başa gəlir.Bu üsuldan bir neçə müddət əvvəl Çində də istifadə edilib.