15 yaşlı qız özünü 16-ci mərtəbədən atdı

  • By admin
  • 15 Mart 2019 09:15

Bakıda Yasamal rayonunda intihar hadisəsi baş verib.

Gununsesi.org xəbər verir ki, rayonun Əhməd Cavad 45 A ünvanında 15 yaşlı qız özünü 17 mərtəbəli binanın 16-cı mərtəbəsindən ataraq intihar edib.

2003-cü il təvəllüdlü, 11-ci sinif şagirdi MirFatimənin liseydə təhsil aldığı, həmin evdə ailəsi ilə birgə kirayədə qaldığı bildirilir.

Gənc qızın hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.