16 yaşlı məşhur bloqer villa aldı - FOTOLAR

  • By admin
  • 17 Yanvar 2020 17:25

“YouTube” üçün çəkdiyi videolarla məşhur olan gənc bloqer Coco Siva üç milyon dollarlıq villa alıb.

Gununsesi.org “Haber Global”a istinadən xəbər verir ki, 16 yaşlı bloqer villada ailəsi ilə birgə yaşayacaq. Əslən amerikalı olan bloqerin anası rəqqas və atası isə həkimdir.

Villada bloqerə aid oyun, iki geyin otaqları və çəkilişlər etməsi üçün lazım olan digər məkanlar var.

Doqquz yaşından videolar çəkən Siva dünyanın ən varlı “YouTube” bloqerlərindən biridir. O, hazırladığı oyuncaq və digər məhsulların tanıtım videolarından, iştirak etdiyi tədbirlərdən pul qazanır.

Bir müddət öncə albom da çıxaran bloqerin 11 milyon izləyicisi var.

Gununsesi.org