16 yaşlı qız qarnından iki bıçaq yarası aldı - VALİDEYİNLƏRİ "EHTİYATSIZLIQ" DEDİ

  • By admin
  • 12 Avqust 2019 09:02

Qax rayonunun Zəyəm kənd sakini 16 yaşlı Muradlı Aysun Mahir qızı bıçaq xəsarəti alıb.

Gununsesi.org xəbər verir ki, 2 bıçaq zərbəsi alan yeniyetmə Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, xəstəyə qarın boşluğunda dərinə nüfuz etməyən, qarın boşluğunda cırılmış-deşilmış iki bıçaq yarası diaqnozu qoyulub.

Xəstə xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, müalicəsi davam etdirilir.

Qızın valideyinlərinin dediyinə görə, hadisə evdə iş görən zaman ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org