17 yaşlı gənc atasını güllələdi

  • By admin
  • 23 Avqust 2016 09:50
2016-07-08-Hf1PXZ-qubada-qetl-toredilib
 
Yardımlıda qətl hadisəsi törədilib.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə Yardımlı rayonunun Alar kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvəllüdlü Qaçay Nadir oğlu Şahverənov ailə münaqişəsi zəminində atası, 1972-ci il təvəllüdlü Nadir Sabir oğlu Şahverənovu ov tüfəngi ilə kürək nahiyəsindən vurub. N. Şahverənov aldığı yaradan hadisə yerində ölüb. 
Qətli törətmiş Q. Şahverənov yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
 
Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Gununsesi.info