18 yaşlı gənc dostu tərəfindən bıçaqlandı

  • By admin
  • 18 İyul 2019 09:58

Nizami rayonunda 18 yaşlı gənc bıçaqlanıb.

Gununsesi.org xəbər verir ki, hadisə Elşən Süleymanov küçəsində baş verib.

2001-ci il təvəllüdlü Əsgərov Təbriz Pərviz oğlu dostu tərəfindən bıçaqlanıb.

Qarın nahiyəsindən bıçaq xəsarəti alan yaralı dərhal xəstəxanaya çatdırılıb.

Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Gununsesi.org