18 yaşlı model 55 yaşlı biznesmənə ərə getdi - FOTOLAR

  • By admin
  • 29 İyul 2016 12:11

teze

 

“Lukoil”in Sinqapurdakı nümayəndəliyinin 55 yaşlı mudiri Valentin İvanov bir neçə həftə əvvəl 18 yaşlı model Yelizaveta Adamenko ilə evlənib.

Gununsesi.info-nun xarici KİV-ə istinadən məlumatına görə, gənc model Fransada baş tutan toydan fotoları İnstaqramda paylaşıb. Daha sonra bu evliliyə gələn etirazlar onu paylaşdığı bütün fotoları silməyə məcbur edib. Evlilik Rusiyada qalmaqala səbəb olub. İnsanlar onlar arasındakı 37 il yaş fərqini əsas gətirərək modelin biznesmenə puluna görə ərə getdiyini yazıblar.

Lakin Adamenkonun İvanovla hələ 14 yaşından etibarən birlikdə olduğu, onların evlənmək üçün 4 il gözlədikləri məlum olub. 18 yaşlı gözəl hər paylaşımında sevgilisi ilə puluna görə deyil, onu sevdiyi üçün birgə olduğunu vurğulamağa çalışır.

Cütlük hazırda Sinqapurda yaşayır.

 

teze 2

teze 4

teze 5

Gununsesi.info