18 yaşlı model bakirəliyini satır - FOTO

  • By admin
  • 16 Yanvar 2018 14:14

18 yaşlı italiyalı model Nikol bakirəliyini ən yüksək qiymətə satmağa hazır olduğunu açıqlayıb.

Gununsesi.info “The Sun”a istinadən xəbər verir ki, Nikol hələ 16 yaşı olarkən qızlığının nə qədər qiymətli olduğunu anladığından, bakirəliyini satmaq barədə qərar verib.

Nikolun sözlərinə görə, o zaman özündən böyük bir kişi ilə əlaqələri olub, hansı ki, onunla evlənmək istəyib: “Onda mənim 16 yaşım var idi və mən qorxdum. Ona görə də ondan uzaqlaşmaq qərarına gəldim”.

O əlavə edib ki, həmin şəxsdən ayrıldıqdan sonra təhsil haqqında düşünüb, Kembricdə oxumaq istəyib. Təhsillə bağlı maliyyələşmə imkanlarını öyrənən Nikol reklam çəkilişləri zamanı auksionlarda bir çox qızların öz maliyyə problemini həll etmək üçün bakirəliyini satdığının şahidi olur. Nikol qızların öz bakirəliyini 3 milyon avroya satdığını görür və bundan sonra belə bir imkandan yararlanmaq qərarına gəlir.

Nikol deyib ki, hazırda onun bakirəliyinə 1 milyon Avro ödməyə hazır olanlar var. Lakin “alıcı” onun xoşuna gəlmədiyindən Nikol başqasını və daha çox pul verən birini axtarır.

Gununsesi.info