19 yaşlı qızıl-zinət oğrusu ələ keçdi  - FOTOLAR

  • By admin
  • 19 Sentyabr 2019 12:36

Qubada evdən qızıl-ziynət əşyaları oğurlayan şəxs tutulub.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Bağbanlı kənd ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən qızıl-zinət əşyaları oğurlayaraq zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran 19 yaşlı Raman Mirzəyev saxlanılıb.

Polis əməkdaşları tərəfindən R.Mirzəyevin ətrafında aparılan tədbirlər nəticəsində onun törətdiyi başqa bir cinayət hadisəsinin də üstü açılıb.

Belə ki, saxlanılan şəxs Xaçmaz rayon ərazisində də analoji cinayət hadisəsi törədərək, rayonda yerləşən evlərin birinə qanunsuz daxil olmaqla oradan zinət əşyaları oğurlayıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edərək, oğurladığı qızıl-zinət əşyalarını Xaçmaz rayon ərazisində dəyərindən ucuz qiymətə satdığını bildirib.

Polis əməkdaşları tərəfindən qızılların satıldığı yer müəyyənləşdirilərək, maddi sübut kimi götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Gununsesi.org