21 yaşında silsilə cinayətlər törədən gənc saxlanıldı - FOTOLAR

  • By admin
  • 27 May 2016 14:13

 Ogurluq 6

Paytaxtda bir sıra mağaza və obyektlərdən oğurluq edən şəxs saxlanılıb. Gununsesi.info xəbər verir ki, Suraxanı rayon polis idarəsinin əməliyatçıları rayon ərazisində mənzil və mağazaları qarət etməkdə şübhəli bilinən İsmayıllı rayon sakini Fərhad Hüseynovu yaxalayıb. Suraxanı rayon polis idarəsinə ərziə ilə müraciət edən vətəndaşlar onlara  məxsus mənzil və  mağazalardan oğurluq olunması barədə məlumat veriblər. Daxil olan məlumat əsasında əməliyyat qrupu yaradan polis əməkdaşları hadisəni törədən şəxsi yaxalaya biliblər. Ancaq şübhəli şəxs qismində saxlanılan 21 yaşlı Fərhad Hüseynovun sorağı  paytaxtdan yox, İsmayıllı rayonundan  gəlib. İşin İtintaqı zamanı Fərhad paytaxtın Suraxanı rayon ərazisində bir neçə mağaza və ev qarət etməsini gizlətməyib.Onun sözlərinə görə , ailəsi ilə birlikdə uzun müddət Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayıb.

Bir neçə il əvvəl valideynləri heyvandarlıqla məşqul olmaq qərarına gəldiklərindən İsmayıllı rayonun köçüblər. Kənd həyatını bəyənməyən Fərhad, ara sıra atası ilə dalaşaraq Bakıdakı evlərinə qayıdıb. Pulu qutaran  Fərhad  kəndə qayıtmaq isdəmədiyindən oğurluq etmək qərarına gəlib. O, ilk oğurluğu öz qonşusundan edib. Bundan sonra satdığı mis kabelin pulunu xərcləyib qurtaran  Fərhad mağaza qarət edib.

Beləliklə,  Fərhad bu yolla bir neçə silsilə oğurluq hadisələri törədib. Özünün dediyinə inansaq, oğurluğa əl atmasına səbəb rayonda yaşayan atası ilə yola getməməsi olub. Saxlanılan Fərhad Hüseynovun Hövsan qəsəbəsində yaşadığı mənzilindən müxtəlif şəxslərin evindən oğurlanmış televizor, qaynaq aparatı və digər əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla əlaqədar Suraxanı rayon polis idarəsində  Cinayət işi başlanıb  araşdırmalar davam edir.

Gununsesi.info

Ogurluq 8

 

Ogurluq 7

 

Ogurluq3

 

Ogurluq 4

 

Ogurluq

 

Ogurluq 5