25 nəfər qatarda yanaraq öldü

  • By admin
  • 31 Oktyabr 2019 10:16

Pakistanda sərnişin qatarında baş vermiş partlayışdan sonra güclü yanğın olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə nəticəsində 25 nəfər yanaraq həlak olub, 30 nəfər xəsarət alıb.

Məlumata görə, qatar Karaci şəhərindən Ravalpindiyə gedirmiş .

Yanğına səbəb yemək üçün istifadə olunan qaz silindrinin partlaması olub.

Yanğın üç qatar vaqonunu əhatə edib.

 

 

Gununsesi.org