“28 Mall”un yaxınlığında kişi infarktdan öldü

  • By admin
  • 13 İyun 2018 20:48


Bakı şəhərində ölüm faktı qeydə alınıb.

Gununsesi.info-nun AzVision.az-a istinadən məlumatına görə, şəhərin mərkəzində, “28 Mall” ticarət mərkəzinin yaxınlığında naməlum kişi meyiti tapılıb. Əraziyə polis əməkdaşları cəlb olunub.

İlkin ehtimala görə, 60-65 yaşlı kişi ürək çatışmazlığından dünyasını dəyişib. Onun meyiti morqa aparılıb. Hələlik kimliyi müəyyən edilməyib.

 

Gununsesi.info