29 il - Nazarbayev hakimiyyətini necə möhkəmləndirib?

  • By admin
  • 21 Mart 2019 12:27

Nursultan Nazarbayev1990-cı il aprelin 24-də Qazaxıstan SSR-nın prezidenti seçilib. Daha sonra Qazaxıstanın müstəqillik əldə etməsi ilə Nazarbayev bir neçə seçkilərdə qalib gələrək 29 il dəyişməz olaraq ölkəyə başçılıq edib.

 

2019-cu ilin martın 19-da 79 yaşlı Nazarbayev vəzifəsindən istefa verib. Bununla o, keçmiş SSRİ ölkələri arasında ən “uzunmüddətli” prezident oldu.

Nazarbayevin istefası 2016-cı ildə prezident administrasiyasının onun sağlamlığında problemlərin olması barədə məlumat verməsindən sonra gözlənilirdi. Lakin prezidentin martın 19-dakı o çıxışı yenə də bir çox qazax, keçmiş SSRİ və dünya siyasətçiləri üçün gözlənilməz olub.

“Nastoyaşeye Vremya” Nazarbayevin əsas nailiyyətləri, uğursuzluqları və idarəçiliyin istiqamətlərini təhlil edib.

Nazarbayev seçkilərdə neçə dəfə və nə cür qalib gəlib:

  • 1990-cı il aprelin 24-də Qazaxıstan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan Nazarbayev Qazaxıstan Respublikasının prezidenti seçilib. Bu qərar Nazarbayevin özünün rəhbərlik etdiyi Respublikanın Ali Şurası tərəfindən qəbul edilib.
  • 1991-ci il 1 dekabr. Nursultan Nazarbayev Qazaxıstan SSR-in prezidenti seçilib, seçkilərdə yeganə namizəd olub və səslərin 98,7 faizini qazanıb. 16 gündən sonra Qazaxıstan SSR müstəqillik qazanaraq Qazaxıstan Respublikası olub.
  • 9 aprel 1995-ci ildə Nazarbayevin səlahiyyətləri 2000-ci ilə qədər uzadılıb.
  • 1995-ci il aprelin 29-da Qazaxıstanda prezident səlahiyyətlərinin 1 dekabr 2000-ə qədər uzadılması ilə bağlı milli referendum keçirilib. Referendum Nazarbayevin fərmanı ilə yaradılan Qazaxıstan Xalqları Məclisinin təşəbbüsü ilə keçirilib. Seçicilərin 95.4% -i prezident səlahiyyətlərinin uzadılmasını dəstəkləyib.
  • 30 avqust 1995-ci ildə Qazaxıstanın yeni Konstitusiyası qəbul edilib. Bu sənəd və ona bir neçə dəfə olunan dəyişikliklər Nazarbayevi tək və demək olar ki, məhdudiyyətsiz səlahiyyətlərlə təmin edib.
  • 1999-cu il 10 yanvar. Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Bu dəfə Nazarbayev seçicilərin 79,7 faiz səsini qazanıb.
  • 27 iyun 2000-ci ildə Qazaxıstan Parlamenti Qazaxıstanın Birinci Prezidenti haqqında Qanunu qəbul edib. Qanuna əsasən, Nazarbayev prezidentlik postunu tərk etdikdən sonra da geniş səlahiyyətlərinin olması zəmanəti alıb.
  • 4 dekabr 2005-ci ildə Qazaxıstanda növbəti erkən prezident seçkiləri keçirilib. Siyahıda beş namizəd olub, lakin Nazarbayev yenidən səslərin 91,1%ini qazanaraq prezident seçilib. Bu ildən etibarən, o, yeddi il müddətinə prezident seçilib.
  • 2007-ci ilin may ayında Nazarbayev digər prezidentlərin yalnız iki dəfə seçilmək hüququna malik olmasına baxmayaraq, Qazaxıstanda ömürlük prezident seçilmək hüququ əldə edib.
  • 15 iyun 2010-cu ildə Nursultan Nazarbayev rəsmən “millətin lideri” (Elbaşı) adını və bununla əlaqədar alıb. Əmlak və bank hesabları daxil olmaqla, özünün toxunulmazlığına zəmanətin alıb, həmçinin hakimiyyət dövründə həyata keçirilən bütün hərəkətlər üçün cinayət məsuliyyətindən azad edilib.
  • 2011-ci il aprelin 3-də Qazaxıstanda daha bir növbədənkənar prezident seçkiləri keçirilib. Bu seçkilərdə də Nazarbayev səslərin 95.5% -ni qazanaraq dördüncü dəfə yenidən prezident seçilib.
  • 2015-ci il aprelin 26-da Nazarbayev növbəti növbədənkənar seçkilərdə 97.7% səslə beşinci dəfə prezident seçilib.

Paytaxtın köçürülməsi

1997-ci il dekabrın 10-da Qazaxıstanın paytaxtının Akmola şəhərinə rəsmi köçürülmə mərasimi keçirilib. Sonradan 6 may 1998-ci ildə şəhərin adı Astanaya dəyişdirilib. Paytaxtın köçürülməsi Nazarbayevin başçılığı dövründə başlıca layihələrdən biri olub və Qazaxıstanın hər il qeyd etdiyi paytaxt günü – 6 iyul, prezidenti Nazarbayevin doğum gününə təsadüf edir.

Nazarbayev adına:

Nazarbayevə bir neçə abidə quraşdırılıb:

• Taldıqoranda

• Alma-Ata şəhərində

Astananın hava limanı və Alma-Ata şəhərinin mərkəz prospekti Nazarbayevin şərəfinə adlandırılıb.

Qazaxıstanda həmçinin Nazarbayevin adına universitet, intellektual məktəblər, bir neçə fond, muzeylər, parklar, tarixi və mədəniyyət mərkəzləri də var. Bütün ölkə boyu Qazaxıstanın ilk prezidentinin abidələri və büstləri qoyulub və Qazaxıstanlı uşaqlara tez-tez Nursultan adı verilir.