3 rayonda qaz olmayacaq – “Azəriqaz”dan bayram “müjdəsi”

  • By admin
  • 06 İyul 2016 15:44

 

 

 

az-qaz

 

İyulun 8-də saat 09.00-dan Abşeron rayonunun Xırdalan şəhərinin, Qobu, Güzdək, Aşağı Güzdək və Hökməli qəsəbələrinin, Binəqədi rayonu Çiçək yaşayış massivi ərazisində, həmçinin Xəzər rayonunun Binə və Qala qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info -ya bildirilib ki, məhdudiyyətlər qaz kəmərində aşkar olunmuş sızmanın ləğvi və təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınaraq istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə görüləcək işlərlə əlaqədar olacaq.

Görülən işlər Sabunçu rayonunun Maştağa qəsəbəsinin və Savalan yaşayış massivinin qaz təchizatına təsir göstərəcək. Məhdudiyyət işlər yekunlaşanadək davam edəcək.

Gununsesi.info