“Kapital Bank”ın serveri çöküb

“Kapital Bank”ın serveri çöküb

Bu gün səhər saatlarından “Kapital Bank”ın elektron sistemində problemlər yaranıb.

Gununsesi.org-un xəbərinə görə, artıq iki saatdır ki, bankda əməliyyatlar dayandırılıb.

Bankın filiallarında yaranmış böyük növbələr müştərilərin ciddi narazılığına səbəb olub.

Müştərilər bildirib ki, bu hal adıçəkilən bankda ilk hadisə deyil, dəfələrlə bu cür problemlər yaşanıb.

Hazırda bankın server sistemində problemin həlli üçün çalışıldığı bildirilsə də konkret zaman deyilmir.

Gununsesi.org

COMMENTS