33 yaşlı kişi pambıq tayasından yıxılaraq ölüb - BƏRDƏDƏ BƏDBƏXT HADİSƏ

  • By admin
  • 16 Oktyabr 2019 19:18

Bərdə rayonunda 33 yaşlı kişi pambıq tayasından yıxılaraq ölüb.

Gununsesi.org-un xəbərinə görə, hadisə rayon ərazisində yerləşən “MTK-İK” MMC-nin pambıq zavodunda baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü Siyavuş Bayramov işlədiyi şirkətin pambıq tayasının üzərindən yıxılaraq vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.org