34 yaşlı kafe sahibi itkin düşdü

  • By admin
  • 20 Sentyabr 2019 10:50

Bakı şəhərində 34 yaşlı kişi itkin düşüb.

Gununsesi.org  xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, Sabunçu rayon sakini Seyidağa Vəliyev sentyabrın 18-də oğlu, 1985-ci il təvəllüdlü Əmişağa Vəliyevin itkin düşməsi barədə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsinə (PB) müraciət edib.

O bildirib ki, özü ilə eyni ünvanda yaşayan oğlu Ə.Vəliyev iyulun 9-da, saat 10:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivində işlətdiyi “Zambaq” kafesinə getmək adı ilə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Binəqdi RPİ-nin 6 PB-də araşdırma aparılır.

Gununsesi.org