34 yaşlı piyadanı maşın vurdu - QAXDA BƏDBƏXT HADİSƏ

  • By admin
  • 13 Oktyabr 2019 21:17

Qaxda piyadanı maşın vurub.

Gununsesi.org xəbər verir ki , hadisə axşam saatlarında rayonun Qaxbaş kəndi ərazisində baş verib.

Qaxingiloy kənd sakini, 1985-ci il təvəllüdlü Rastyaşvili Valeri Dursikoyeviç minik avtomobili tərəfindən vurulub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan V.Rastyaşvili Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.org