Jurnalistlər üçün təhlükəli ölkələr açıqlandı

  • By admin
  • 05 Noyabr 2019 20:28

Beynəlxalq Jurnalistlər Federasiyası (BJF) KİV əməkdaşları üçün ən təhlükəli ölkələrin adlarını açıqlayıb.

Gununsesi.org-un xarici KİV-ə istinadən məlumatına görə, təşkilatın apardığı “Jurnalistlərə qarşı cinayətkarlığa görə cəzasızlığın sonu” kampaniyası gəlinən nəticəni elan edib. Məlumata görə, jurnalistlər üçün ən təhlükəli 5 ölkə Filippin, Somali, Peru, Fələstin və Ukraynadır.

Xüsusilə, BJF bu təhlükənin daha çox Kiyev şəhərində müşahidə olunduğunu açıqlayıb.

 

Gununsesi.org