4 uşaq anası dəm qazından boğuldu

  • By admin
  • 10 Dekabr 2018 10:39

Gəncədə dəm qazından boğulma hadisəsi baş verib.

Gununsesi.org verdiyi məlumata görə hadisə şəhərin “Alüminumçular bağ massivi” adlanan ərazisində baş verib. 1984-cü il təvəllüdlü Əhmədov Zərifə Qulu qızı yaşadığı evin vanna otağında dəm qazından boğularaq ölüb.

Məlumata görə, 4 uşaq anası olan Z. Əhmədova yaxının toy şənliyinə hazırlaşırmış.

Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.