42 qoyunu öldürülən çobanın -QİSASI

  • By admin
  • 21 Fevral 2018 12:49
Çoban 42 qoyununu vurub öldürən mikroavtobus sürücüsünü ölümcül yaralayaraq,  avtomobilini yandırıb yararsız hala saldı.
 Mikroavtobus sürücüsü, yolu keçmək istəyən qoyun sürüsünü  vuraraq 42-ni öldürüb. Yol- nəqliyyat hadisəsində çoban və daha 4 nəfər yaralanıb. 
 
Gununsesi.info “haberler”-ə istinadən xəbər verir ki, hadisə Batmanda baş verib.  Yaralanmasına baxmayaraq çoban mikroavtobusa benzin tökərək od vurub. hadisə yerinə yanğınsöndürənlər gəlsə də, avtomobil tam yarasız hala düşüb. Yaralılar isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Gununsesi.info