46 il günahsız yerə cəza çəkmiş amerikalıya 1,5 milyon ödəniləcək

  • By admin
  • 21 May 2019 23:09

Miçiqan ştatının rəhbərliyi 46 il günahsız yerə həbsdə qalmış Riçard Fillipsə 1,5 milyon dollar ödəməyə qərar verib. Pullar keçmiş məhbusun hesabına yarı-yarı olmaqla iki dəfə köçürüləcək.

Fillips hazırda incəsənətlə məşğul olur, rəsm əsərləri çəkir. Onun şəkilləri min dollardan satışa çıxarılır. Fillips bildirib ki, ona kompensasiya ödənilib-ödənilməyəcəyindən asılı olmayaraq, məsum hesab edildiyi üçün özünü yaxşı hiss edəcək.

1971-ci ildə Fillipsi qətldə ittiham edərək ömürlük həbs cəzasına məhkum ediblər. Yalnız 46 il sonra, 2018-ci ilin mart ayında Riçard Fillipsin müqəssir olmadığı sübut olunub.