500-dən çox neftçi dənizdən çıxarılıb

500-dən çox neftçi dənizdən çıxarılıb

Hava şəraitinin kəskin pisləşməsilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) təhlükəsizlik tədbirlərini artırıb. Bu barədə bu gün, sentyabrın 21-də qurumdan bildiriblər.

“Açıq hava şəraitində işlər dayandırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib. Hava və dəniz nəqliyyatları vasitəsi ilə artıq 500-dən çox neftçi sahilə çıxarılıb”

Gununsesi.org-un verdiyi məlumata görə, bütün neft-qaz yataqlarında növbətçi gəmilər və Fövqəladə Hallar Nazirliyinin ( FHN) yanğından mühafizə gəmiləri növbətçilik həyata keçirirlər.

“Azərbaycan Xəzər Dəniz Gəmiçilik” Qapalı Səhimdar Cəmiyyəti (QSC) də donanmaya aid Xəzər dənizində üzən bütün gəmilərə xəbərdarlıq göndərib. Bunu da QSC-dən bildiriblər.

Xəbərdarlıqda qeyd edilir ki, sentyabrn 22-si günün ikinci yarısına qədər Xəzər dənizi akvatoriyasında küləkli hava gözlənir.

Hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara yerləşmək tövsiyə edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin sentyabrın 21-i saat 12:00-a olan məlumatına əsasən şimal-qərb küləyi Bakıda 20 m/s, Neft Daşlarında isə 16 m/s-dək güclənib.

 

 

Gununsesi.org

COMMENTS