500 hektarlıq ərazi yanır- FOTOLAR

500 hektarlıq ərazi yanır

Avqustun 18-i Türkiyədə İzmirin Qarabağlar bölgəsində başlayan meşə yanğınları genişlənərək yayılmağa başlayıb.

Gununsesi.org “Hürriyet”ə istinadən xəbər verir ki, alovlar Səfərihisar, Menderes rayonlarındakı meşələrə keçərək təxminən 500 hektar ərazini əhatə edir. Bildirilir ki, yanğını 20 helikopter və su ilə təchiz edilən 200 xüsusi yanğınsöndürən maşın söndürməyə çalışır. Alovların qarşısını almaqda yanğınsöndürənlərə vətəndaşlar da köməklik göstərir.

Qorxu içində yanğını seyr edən insanlar evlərini qorumaq üçün tədbirlər görməyə başlayıblar.






Gununsesi.org

COMMENTS