“573 şəxs vətəndaşlığa qəbul edildi” - DMX-NİN RƏİSİ

  • By admin
  • 18 Mart 2018 00:55
Keçən il 27 min 88 nəfərin Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınıb.
Vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması istiqamətində və belə şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi əqsədilə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Qaçqınlar üzrə Ali komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyası çərçivəsində ciddi  nəticələr əldə edilməkdədir.
Gununsesi.info-nun məlumatına görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev bunu “Xalq” qəzetində “Qloballaşan dünyada miqrasiya” başlıqlı məqaləsində yazıb.
F. Nəbiyev Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 11-ci ildönümü ilə bağlı yazdığı məqaləsində qeyd edib ki, təkcə 2017-ci il ərzində 31 min 690 şəxsin vətəndaşlıq mənsubiyyəti araşdırılıb və 27 min 88 nəfərin Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınıb. Ötən il 573 şəxs vətəndaşlığa qəbul, 10 nəfər isə vətəndaşlığa bərpa edilib.
Gununsesi.info