6 ayda cəmi 163,3 milyonluq tikinti materialları istehsal olunub

  • By admin
  • 16 İyul 2016 13:19

yan

 

Bu ilin birinci yarısında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 23,5 faiz azalaraq 163,3 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya bildirilib ki, ötən dövrdə sementin istehsalı 25,0 faiz, beton qarışığının istehsalı 59,9 faiz, tikinti gipsinin istehsalı 38,1 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 72,1 faiz azalıb.

Gununsesi.info