6 qat dünya çempionu Kənan M. M-i rinqə dəvət etdi – VİDEO

  • By admin
  • 08 Noyabr 2019 16:39

Peşəkar kikboksinq üzrə 6 qat dünya çempionu, əməkdar idman ustası Pərviz Abdullayev ARB TV-nin “Show News” verilişinə müsahibə verib.

“Kobra” ləqəbi ilə tanınan idmançı şou-biznes nümayəndələri ilə bağlı maraqlı açıqlamalar verib:

 “İfaçılardan Röya Ayxan, Zamiq Hüseynov və Ayaz Qasımovu dinləyirəm. Röyanın səhnə görünüşü əladır. Bayağı müsiqiləri sevmirəm, dinləmirəm. Damla və Şəbnəm Tovuzlunu dinləmirəm.

Onların da öz kütləsi var. Şou-biznes nümayəndələrindən Kənan Mahmudovla döyüşmək istərdim. Kişi müğənnilər isə mənimlə döyüşə bilməzlər, mümkün deyil. Əgər aralarından kimsə mənimlə döyüşmək istəyirsə, buyursun, problem deyil. Xanım müğənnilərdən komplimentlər eşidirəm”.