60 yaşlı piyadanı maşın vurub

  • By admin
  • 02 Yanvar 2018 20:20

Hacıqabulda 60 yaşlı qadını avtomobil vurub.

Gununsesi.info xəbər verir ki, Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndi ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. “Mercedes” markalı minik maşını magistral yolun digər tərəfinə keçmək istəyən Saatlı rayonunun Qaranuru kənd sakini, 1957-ci il təvəllüdlü Bədəlova Gültac Məmmədhüseyn qızını vurub. Nəticədə başından xəsarət alan qadın Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info