61 yaşlı Zerrin Özer ərə getdi

  • By admin
  • 17 İyun 2019 00:10

Türkiyənin tanınmış müğənnisi Zerrin Özer ailə həyatı qurub.

Gununsesi.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 61 yaşlı sənətçi özündən yaşça kiçik sevgilisi Muradla nikah masasına oturub.

Xatırladaq ki, ötən aylarda Zerrin Özer  “Çox yaxında yaxşı xəbərlər eşidəcəksiniz. Evlilik təklifi almışam. Uzun zamandır bir münasibətim var. Heç vaxt bərabər görüntülənməmişik. Sevgilim bizim camiyəmizdən deyil” açıqlamasını vermişdi.