7 gün əvvəl azadlığa çıxan jurnalist haqda həbs qərarı verildi

  • By admin
  • 12 Noyabr 2019 21:35

FETÖ/PYD  silahlı terror təşkilatının media nümayəndəsi kimi “Konstitusion quruluşu devirməyə çalışmaq” ittihamı ilə 10 il 6 ay ömürlük həbsə məhkum edilən, 7 gün əvvəl isə azadlığa buraxılan jurnalist Ahmet Altan haqqında yenidən həbs qərarı çıxarılıb.

Gununsesi.org Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul 27-ci Ağır Cəza Məhkəməsi jurnalistin sərbəst buraxılmasına etirazı qəbul edib və Altanın həbsinə göstəriş verib.

Ahmet Altanın azadlığa çıxmasına etiraz ərizəsi İstanbul Cümhuriyyət Prokurorluğu tərəfindən verilib.

 

Gununsesi.org