70 il evli olan cütlük eyni gündə həyatdan köçdü

  • By admin
  • 17 Yanvar 2019 23:08
Türkiyədə 70 ildir evli olan yaşlı cütlük eyni gündə tənəffüs çatışmazlığı səbəbi ilə həyata gözlərini yumub.
Gununsesi.orgv xəbər verir ki, Bartında 85 yaşındakı Həsən Cambaz nəfəs darlığı müalicəsi olunduğu xəstəxanada dünən axşam həyatını itirib. Eyni narahatlıqdan müalicə olunan 86 yaşlı həyat yoldaşı Xədicə Cambaz isə 70 illik həyat yoldaşının ölümündən bir neçə saat sonra həyatını itirib. Eyni gün vəfat edən yaşlı cütlük yan-yana dəfn olunub.
Cütlüyün oğlu jurnalistlərə etdiyi şərhdə ata və anasının 70 ildir evli olduqlarını və  bir-birlərini  çox sevdiklərini söyləyərək “Eyni gündə öldülər, bir-birilərini gözləyirmişlər” deyib