71 yaşlı milyarder vəfat etdi

  • By admin
  • 20 Avqust 2019 09:30

Danimarkanın ən zəngin insanlarından biri olan milyarder Lars Larsen 71 yaşında dünyasını dəyişib. Gununsesi.org-un məlumatına görə, bu barədə “Bloomberg” xəbər verib.

L. Larsen “Jysk” mebel reteyleri və “Lars Larsen Group” şirkətlər qrupunun yaradıcısıdır.

“Forbes” onun varidatını 4,4 milyard dollar məbləğində dəyərləndirmişdi. O, ölkənin zəngin insanları siyahısında 7-ci, dünya reytinqində isə (2019-cu il üzrə) 424-cü yerdə idi.

Gununsesi.org