73 yaşlı bu qadın İngiltərədən piyada Azərbaycana gəlir – VİDEO

  • By admin
  • 16 Noyabr 2019 18:24

2018-ci ildə İngiltərədən çıxıb Nepala piyada yürüş edən yazar, səyyah 73 yaşlı Rosie Swale Pope  Türkiyəyə çatıb.

Gununsesi.org Unikal.org-a istinadən xəbər verir ki, 73 yaşlı yazar Nepaldakı uşaqlara kömək etmək üçün bu addımı atıb. Hazırda Türkiyədə olan və Nepala qədər ümumi 6 min 900 kilometri piyada qat etməyi planlaşdıran Pope, istirahət və yuxu problemini isə yol boyunca özü ilə daşıdığı arabada keçirdiyini bildirib.

Hədəfinin 2021-ci ildə Nepala çatmaq olduğunu söyləyən Pope Türkiyədən sonra Gürcüstana və ordan da Azərbaycana gələcək: “Xəzər dənizinin sahili ilə gedərək, Nepalın paytaxtı Katmanduya çatmaq istəyirəm”.

 

 

Gununsesi.org