75 ildən sonra ilk dəfə - PERL HARBOR SƏFƏRİ

  • By admin
  • 06 Dekabr 2016 11:40
pearl_harbor_10
Yaponiyanın 1941-ci ildə təşkil etdiyi basqınla məşhurlaşan Perl Harbor İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq yapon lideri qarşılayacaq.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki,Yaponiya dövlət başçısı Şinzo Abenin dekabr ayının sonunda Perl Harbora səfəri planlaşdırılır. Bu, tarixdə bir yapon liderin İkinci Dünya müharibəsindən sonra həmin əraziyə ilk gedişidir. Tarixi səfər barədə açıqlama verən Abe bildirib ki, keçmiş prezident Obamanın Xirosoma səfəri və nüvə silahından uzaq həyat ilə bağlı dünyaya verdiyi mesaj bütün yapon xalqının rəğbətini qazanıb. O, Perl Harbor səfərində Barak Obamanın da iştirak edəcəyini qeyd edib. Dövlət başçısı, həmçinin, bu cür fəlakətlərin bir daha təkrarlanmamasını arzulayıb.
Nigar Cəfərli
Gununsesi.info
  bele yazarsız