82 yaşlı qadın evinə girən oğrunu xəstəxanalıq etdi

  • By admin
  • 26 Noyabr 2019 19:20
ABŞ-ın Nyu-york əyalətində 82 yaşındakı qadının evinə girən oğrunu xəstəxanalıq etmesi ölkədə gündəmə çevrilib. 
Gununsesi.org xəbər verir ki, Nyu-yorkun Rochester şəhərində yaşayan 82 yaşlı qadının axşam saatlarında qapısı çalınıb. Yaşlı qadın bir adamın qapını yumruqlayaraq ondan təcili yardım çağırmasını istədiyini deyib.
Qadın vəziyyətdən şübhələnərək polis çağırıb. Qısa müddət sonra isə adam qapını qıraraq evə girib. 8 ildir idmanla məşğul olduğunu söyləyən qadın “Oğru çox yanlış bir ev seçdi. Əlimə stul götürdüm və başına vurduqdan sonra stul qırıldı. Mən də stulun metal ayaqları ilə onu vurmağa davam etdim.
Evə gələn polis əməkdaşları adamı yerdə huşsuz halda gördükdə şok yaşadılar və mənimlə selfi çəkmək istədilər” deyib.
Qeyd edək ki, hər gün idman salonuna gedən qadının ötən il bir ağırlıq qaldırma yarışmasında birinci olduğu öyrənilib.
Gununsesi.org