93 yaşlı kraliça sükan arxasına oturdu – FOTO

  • By admin
  • 13 Yanvar 2020 08:19

Britaniya kraliçası II Yelizaveta 93 yaşında yenidən maşının sükanı arxasına oturub.

“Mirror” xəbər verir ki, kraliça bu zaman qoruyucu kəmərdən istifadə etməyib.

Şəkillərdə II Yelizaveta bir qədər qəzəbli görünüb. Şərhçilərin fikrincə şahzadə Harrinin və Meqan Marklın kral ailəsindən ayrılması xəbəri kraliçaya pis təsir göstərib. Elə bu səbəbdən də o yenə sükan arxasına oturub.

Müsahibələrinin birində II Yelizaveta etiraf etmişdi ki, maşın sürmək onu sakitləşdirir.

 

 

 

Gununsesi.org