AB-nin iki nəhəngi Zelenskiyə qarşı Putinlə birləşir - KUÇMADAN AÇIQLAMA

  • By admin
  • 14 Sentyabr 2019 19:50

Ukrayna Prezidenti Vladimir Zelenskiyə Normand dördlüyünün növbəti görüşündə təzyiq ediləcək.

Gununsesi.org xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Leonid Kuçma deyib. Onun sözlərinə görə, Fransa və Almaniya Zelenskini Rusiya qarşısında güzəştə getməyə məcbur edəcəklər:

“Zelenski üçün çox çətin olacaq. O, üç liderə qarşı mübarizə aparacaq. Merkel və Makron Zelenskini kompromisə getməyə məcbur etməyə, Donbasda Kiyevin nəzarəti olmadan seçki keçirməyə cəhd edəcəklər”.

 

Gununsesi.org